ALmaz Kimi Qadın YıxıLmaz...
Müəllif: NaR CiCeYiN Bölmə: Şou Biznes Baxıldı: 251
“Qızlarımın boşanmasından əleyhimə qara piar kimi istifadə etdilər",-deyən əməkdar artist Almaz Ələsgərova bütün bunların ona paxıllıq edənlərin işi olduğunu bildirib. Açıqlama verən əməkdar artist bütün bu söz-söhbətlərin sənətinə mənfi təsir göstərdiyini vurğulayıb.
"Paxıllığımı çəkənlərə həmişə maraqlı olub ki, görəsən Almaz tək qadın ola-ola necə olur ki, yaxşı dolana bilir. Hamıya maraqlı idi ki, maşını, evi hansı pullarla alıram. Buna görə də məni yıxmaq istədilər. Yox, Almaz kimi qadın yıxılmaz. Mən özünə güvənən qadınam və şükür Allaha mənim yaxşı dostlarım var”,-deyərək son zamanlar qızlarının boşanması ilə bağlı xəbərlərlə gündəmdə olan müğənni ürəyini boşaldıb.
"Ana üçün əsas övladının salamat və xeyirli olmasıdır",-söyləyən əməkdar artist, qızlarının sağ-salamat yanında olmasına görə Allaha şükür etdiyini deyir.
“Yaradıcılığımda durğunluq yaranıb, yazdırmağa hazırlaşdığım mahnılarım üst-üstə yığılıb-qalıb. Amma, yenə də axtarışdayam, yeni mahnılar istəyirəm”,-deyə müğənni bildirib.

Səhifənin ünvanı:
http://ray.az/2010/02/12/almaz-kimi-qad305n-y305x305lmaz.html
















































