
Şirk
Şirk ALLAHA ortaq qoşmaq onunla birlikdə tanrıların da olduğu qəbul etmək deməkdir.Bu ən böyük günahdır.Belə bir inancla müsəlmanlıq bir yerdə olmaz.Çünki ALLAH təkdir.Tayı bərabəri və şəriki yoxdur.
Ata-ananı incitmək
İslam dini ata-anaya qarşı çıxmağı,onları küsdürüb incitməyi qadağan etmiş və bunu ən böyük günahlardan saymışdır.Çünki ata-ana uşağa baxıb böyütmüş,onu yetişdirmiş,tərbiyə etmişdir.Bu yolda bir çox fədakarlıq etmiş və bunun üçün heç bir əvəz gözləməmişdir.Buna görə də insan əvvəlcə onu yoxda var edən ALLAHA ibadət etməli sonrada onun yaradılmasında vasitə olan valideynlərinə itaət etməlidir.
Adam öldürmək
Yaşamaq haqqı ən əsas insan hüququdur.Bu hüququ insana onu yaradan ALLAH vermişdir.ALLAHdan heç kimin insanı bu hüququndan məhrum etməyə səlahiyyəti yoxdur.Buna cəhd edən bir insan böyük günah etmiş olur.Qurani-Kərimdə haqsız yerə adam öldürməyi bütün insanları öldürmə kimi bir şey olduğu vurğulanaraq nə qədər gunah olduğuna diqqət çəkilmişdir.Adam öldürməyi qadağan edən ayələrdən birininmənası belədir.
ALLAHın haram buyurduğu cana haqsız yerə qəsd etməyin.
ALLAHın haram buyurduğu cana haqsız yerə qəsd etməyin.
İntihar
Bir insanın başqasını haqsız yerə öldürməsi nə qədər günahdırsa,onun öz canöna qəsd etməsi də bir o qədər günahdır.İnsanın həyatı hər zaman gözəl və xoş hadisələrdən ibarət deyildir.İnsan öz səhvlərindən asılı olaraq və başqa səbəblərə görə son dərəcə mənfi hallarla hətta dözülməsi qeyri mümkün kimi görünən hadisələrlə qarşılaşa bilər.Ümidsizliyə qapılmaq,hələ üstəlik yaşamaqdan vaz keçmək islamla əsla bir araya sığışmaz.ALLAHa iman edən bir insan ALLAHdan ümidini əsls kəsməz.
Qumar
Hansı şəkildə olamsına aslı olmayaraq,islam dini qumarı qəti qadağan etmişdir.İsalam görə insan öz həyatını,dolanacağını,bəxtə və ya təsadüflərə bağlaya bilməz.İnsan işləyərək özü, ailəsi və öhdəsindəki şəxslər üçün qanuni yollarla hala qazanc gətirməyin məsuliyyətini daşıyır.
Narkotik maddə və alkollu içkilərdən istifadə olunması
Islam dini,ümumiyyətlə insanın sağlamlığına zərərli olan hər şeyi yasaqlamışdır.Bu baxımdan insanın sağlamlığı üçün zərəli olduğu qəti olaraq bilinən narkotik maddələrdən istifadə olunması və sərxoşluq yaradan içkilərin içilməsi də qadağan edilmişdir.

Səhifənin ünvanı:
http://ray.az/2010/02/16/-304slam305n-qada287an-etdiyi-b601zi-351eyl601r.html
















































