Dünya Mənə Öyüd VeRdə
Müəllif: NaR CiCeYiN Bölmə: Şeir Baxıldı: 762
Dünya özü nərd meydanı,
Sanki insan əldə zərdi.
Namərdə meyvə ağacı,
Seçib mərdə söyüd verdi.

Kəsdi xəbərsiz önümü,
Qara etdi hər günümü,
Aldı əlimdən ömrümü,
Yaşa deyib ümid verdi.

Hər gün girib başqa rola,
Sitəm etdi saf bir qula,
Atam, anam ola-ola,
Dünya mənə öyüd verdi.
MüəLLif: ROMA XOSROV

Səhifənin ünvanı:
http://ray.az/2010/02/27/d252nya-m601n601-214y252d-verd601.html














































