Saat


ONLINE

Indi saytda olanlar:
İstifadəçilər: 0
Tapılmadı.

Axtarış robotları: 2
GooglebotYandex

Qonaqlar: 362
İndi saytda: 364

Saytda sonuncu olanlar:
Son 20 İstifadəçi:
A.P13 Alone Angell
Avara_Sair Barbarissa
carlislebud CaViD GeNcEli
Dream Dəluş
flayinka Karol
Kor_Ressam Lykia
MasterOFF Mina
Miss Aytac Miss_Azerbaijan
tunzale X-Missiya
Наркаман. Одинок___

Təqvim

«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Top 10 şərh yazarları
Lykia
Şərh sayı: 30
 
Наркаман.
Şərh sayı: 26
 
Dream
Şərh sayı: 19
 
A.P13
Şərh sayı: 9
 
shenao-shop.ru
Şərh sayı: 8
 
Milena
Şərh sayı: 1
 
Official Page

Sorğu
Rayda ən çox diqqətinizi cəlb edən?
Xəbərlər
Şərhlər
İstifadəçilər
Digər


(sc_adv_out = window.sc_adv_out || []).push({ id : "449520", domain : "n.ads3-adnow.com" });
loading...

Müəllif: Crayz_Girl| | Bölmə: Sevgi
Gözəl sözlər
Səni tapmaqdan çox axtarmaq istərəm, səni sevmədən öncə anlamaq istərəm, səni bir ömür boyu bitirmək deyil, səni yenidən başlamaq istərəm.


Röyaların ən gözəlini görürkən, Tanrının səni qorumaq üçün göndərdiyi mələklərin qanadları o qədər böyük olsun ki, ən məsum anında belə kimsə sənə zərər verə bilməsin.


İçimdən bir şer yazmaq gəldi. Yazıram, çünki sevirəm, sevirəm, çünki hiss edirəm, hiss edirəm, çünki yaşayıram, yaşayıram, çünki səninləyəm!


Sevgini göstərəcəksən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi her şeydir qəlbə həbs edilməz, sevəcəksən mənim kimi amma buna ürəyin yetməz.


Siqaramdakı duman idin, siqaranı buraxdım, qədəhimdəki içkim idin, içkini buraxdım, gecələri röyamda idin, yatmağı buraxdım. Baxdım, sənsiz yaşanmıram, yaşamağı buraxdım.


Kaş ki, sənin kimi ola bilsəm, fəth edilməsi çətin, əldə edilməsi ölüm.


Eşqimizin suya düşəcəyini bilsəydim, balıq olardım.


Allah gücü kişiyə gözəlliyi qadına vermiş. Hər şeyi yenən güc gözəlliyə yenilmiş.


Sənə şərab verəcəyəm, iç amma sərxoş olma. Sənə bir gül vərəcəm, qoxula amma soldurma. Sənə qəlbimi verəcəyəm, sev amma incitmə!


Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim,,,,,,,,,,,


Ürəyimdən ürəyinə yollar var, mənim üçün uzaqlardan bir təbəssüm yolla.


Sən hər zaman harada oluramsa olum nə düşünərəmsə düşünüm hər an qəlbimdəsən. Səni nə qədər sevdiyimi kəlmələr ilə anlada bilmərəm. Amma bunu bil SƏNİ SEVİRƏM!


Gözlərindən süzülən bir damla yaş olmaq istərdim. Gözlərindən doğub, yanaqlarından süzülüb, dodaqlarında ölmək üçün.


Güllər içində keçsə də ömrüm. Sənin üstündən gül qoxulamaram. Gülüm səni qoxulamaqsa ölüm. Sən buna dəyərsən gülüm.


Günəş aydınlatmaq, quş uçmaq, külək əsmək üçün mən isə səni sevmək üçünəm. Mən səni sevirəm.


Qəlbimi qırmaq suya yazı yazmaq qədər çətindir. Könlümü almaq günəşə toxunmaq qədər çətindir. Sən suya yazı yazmağı bacardın, indi günəşin batmasını gözlə.


Səni nə qədər sevdiyimi bilmək istəsən, yerə düşən yağışın hər damlasını tutmağa çalış. Tuta bilmədiyin damlalar mənim sevgimdir.


Yer üzündəki tək sevinc, həyatımdakı tək həsrət, dilimdəki tək dua, gözümdəki tək yaş, yuxularımda bir tək sən yalnız sən varsan! Mən səni sevirəm!


Mənə deyirsən ki mənsiz yaşa, yaşayarmı bu bədən ruhu olmasa?


Onun dərdlərini paylaşıb. Onun üçün ağlayırsınızsa bu eşqdir, o olmadan onu düşünüb ağladığınız vaxt olubsa o da eşqdir.


Gülü bir gün, səni hər gün, gülü soluncaya qədər, səni ölüncəyə qədər sevəcəyəm.


Hər yağış damlası səni sevirəm demək olsaydı hər yeri sel götürərdi.


Kül olmuş atəş yanarmı? Buz tutmuş su axarmı? Bu gözlər sənə baxdı başqasına baxarmı?


Alıb qırsalar qələmimi qanımla yazaram səni sevdiyimi.


Həyata niyə gəldiyimi düşünməyə başlamışdım, səninlə tanış olandan sonra başa düşdüm səbəbini dünyaya gəlişimin.


İnsanlar tanıdım ulduzlar kimi idilər. Hər biri göydə idi. Hər biri parlayırdı, amma mən səni günəşim seçdim və bir günəş üçün min ulduzdan vaz keçdim.


Mükəmməl bir insanla tanış olmaq istəyirsənsə, aynaya bax və səni tanıdıqları üçün Allaha şükr edənləri düşün, çünki mən də o insanlardan biriyəm.


Qalan son sevgi parçasını ilk gündəki kimi yaşadacağam içimdə. Sevgilim heç bir zaman ayrılmayaq ölsəm belə əllərində.


Yağan hər yağış damlasında sən varsan. Bilirsən nə istəyirəm? Hər gün yağış yağsın.


Bir gül olmaq istərdim. Bilirsən nə üçün? Məni dərib iylədiyində bədəninin dərinliklərinə girib bir daha oradan çıxmamaq üçün.


Elə bir ağaca güvən ki heç qurumasın, elə birini sev ki, heç zaman unutmasın, sev amma mövsümlük olmasın, yayda yaşıl olub qışda solmasın.


Çiçəklərin ən gözəli gül, güllərin ən gözəli sən. Çiçəklərdən gülü güllərdən səni sevirəm.


Göy üzündən özün üçün bir ulduz seç. Sənin qədər parlaq və gözəl olsun, birini də mənim üçün seç, parlaqlığı önəmli deyil təki sənə yaxın olsun.


Hər kəs mənə tez-tez xəyala daldığım üçün dəli deyir, amma əsil dəli onlardır. Onlar bilmirlər ki, xəyala daldıqda hər dəfə xəyallarımda səni görürəm.


Sən gözlərimdə bir damla yaş olsaydın səni itirməmək üçün ömrü boyu ağlamazdım.


Səni ulduzlara bənzədirəm onlar qədər təsir edici, çəkici və gözəlsən amma aranızda bir fərq var onlar milyonlarcadır amma sən birdənəsən.


Al xəncəri vur qəlbimə, ürəyim qana bulansın, amma çox dərinə getmə çünki orda sən varsan.


Güllərin hamısı gözədir amma sənin qədər deyil, səni hər kəs sevir amma mənim qədər deyil.


Sözlərim səni üzürsə susaram bir daha danışmaram, əgər varlığım səni narahat edirsə ölərəm bir daha qarşına çıxmaram, əgər narahat edən sevgimdisə, bağışla ona heç nə edə bilmərəm.


Bir gün günəş doğmağı, ay batmağı unudarsa mən də səni unudacam.


Dünyanı gözəl olduğu üçün deyil, içində sən olduğun üçün sevirəm.


Əgər bir gün ölsəm, baş daşıma səninlə tanış olduğum tarixi yazdır, əgər bu tarix səhvdir desələr, məni tanımadan əvvəl yaşamırdı deyərsən.


Küçədə birini gördüm. Sancıldı gözlərim gözlərinə. Aşiq olduğumu zənn etdi məni özünə. Halbuki, nə bilsin bənzəyir gözləri gözlərinə.


"Səni sevirəm" deyərkən heç yalan söyləmədim, yalan söyləyərkən "səni sevirəm" demədim!


Həyatda üç şeyi sevdim: Səni, qəlbimi və ümid etməyi. Səni sevdim-sənsən deyə. Qəlbimi sevdim səni sevdi deyə. Ümid etməyi sevdim bəlkə nə vaxtsa sevərsən deyə.


Məsafələr kiçik sevgiləri yox edib, böyükləri isə artırar. Necə ki, külək şamı söndürür, atəşi alovlandırar.


Duyğuları açıqlayan gözlər olmasaydı, qəlb hisslərin məzarına çevrilərdi.


Ölümümdən deyil ölümündən qorxuram, çünki birincisində mən varam, ikincisində isə sən.


Səni dünən sevmədim, dünənlər bitdi. Səni bu gün də sevmirəm, bu günlər də bitəcək. Səni sabah sevəcəyəm, çünki sabahlar heç bitməyəcək.


Günəşi sevirəm deyirsən günəş çıxınca kölgəyə qaçırsan. Yağışı sevirəm deyirsən yağış yağınca çətiri açırsan, küləyi sevirəm deyirsən külək əsincə pəncərəni bağlayırsan. Qorxuram sevgilim, çünki sən məni də sevdiyini deyirsən.


Kimsəyə könlümü vermədim, içində səni görərlər deyə. Kimsənin könlünü almadım, içində səni görərəm deyə.


Səni bir nəfər sevirsə o mənəm, səni iki nəfər sevirsə, birinci sevən mənəm. Səni üç nəfər sevirsə, ən çox sevəni mənəm. Səni heç kim sevmirsə, bil ki, ölmüşəm.


Sənə gülüm desəm olmaz solub gedərsən. Sənə mələyim desəm olmaz uçub gedərsən. Səni sevirəm desəm nə deyərsən?


Bir can düşün bədənsiz. Bir bədən düşün qəlbsiz, bir qəlb düşün sevgisiz, bir də məni düşün sənsiz.


Nə qədər insafsızsan çobanyastığı! Nə olardı bir ləçəyin də olsaydı? O zaman sevərdi məni.


Bu gün həkimə getmişdim. Böyrəyimdə daş, ciyərimdə qum, qəlbimdə səni tapdılar.


Həyat sevgi ilə xoşdur. Sevgisiz həyat boşdur. Nə olar Allahım sevənləri qovuşdur.


Çığır dünyaya bütün gücünlə və ya pıçılda qulağıma səssizcə. Necə istəyirsən elə et, yetər ki mənə səni sevirəm söylə.


Həyatda mənim üçün ən dəyərli şeyi sənə vermək istərdim. Amma səni sənə verə bilmərəm.


Kaş ki, sən mən olaydın. Səni sevməyin nə qədər çətin olduğunu hiss edəydin. Kaş ki, mən sən olaydım. Bu qədər sevilməyin ləzzətini duyaydım.


Günəşin buzlaşdığı yerdə yanan bir şey görsən, bil ki, o sənin üçün yanan mənim qəlbimdir.


Hamını sevə bilərdim sevməyə səndən başlamasaydım.


Həyatda o qədər xoşbəxt ol ki, xoşbəxtlik də səni qısqansın.


Yağan hər yağış, dərdlərini yusun. Doğan hər günəş, xoşbəxtliyinə başlanğıc olsun əsən hər külək, sənə olan məhəbbətimi anlatsın.


Güllər həmişə əllərində açsın, tikanları əllərinə batmasın, sevda həmişə səni tapsın amma səni yaralamasın, xoşbəxtlik həmişə ürəyinə dolsun, amma sevənini unutdurmasın.


Ən gözəl sevgi desələr eşqimizi deyə bilərsənmi? Ən çox kimi sevirsən desələr, adımı verə bilərsənmi?


Səni düşündüyüm zaman sənin də məni düşünüb-düşünmədiyini düşünmək məni düşündürür.


Zənn etmə ki, gözlərim sənə baxdıqca bezəcək. Ölsəm də ruhum hər zaman səninlə qalacaq. Bağlansa gözlərim həyata inan ki, son sözüm səni sevirəm olacaq.


Həyatda tək ümidin gülmək olsun. Bir gün ağlasan o xoşbəxtlikdən olsun. Unutma, sevən bir dəfə ölər. Ölən bir dəfə basdırılar. Mənim sənə olan sevgim nə ölər, nə də basdırılar.


Təbəssümün kimidir ölüm, razıyam gülüm, al məni qəlbin canıma məzar olsun.


Həyatda elə birini sev ki, sən onun üçün ölməyi düşünərkən O sənin üçün çoxdan ölmüş olsun.


Dünən gecə sən yatarkən bir mələk göndərdim sənə nəzarət etmək üçün. Tez qayıtdı. Nə oldu? Soruşdum. Bir mələk başqa bir mələyə nəzarət edə bilməz dedi.


Sənə olan məhəbbətimi dağlara-daşlara yazmaq istədim. Sənə olan məhəbbətimdən böyük dağ tapa bilmədim.


Səni nə vaxt sevməyəcəyimi soruşma. Çünki, öləcəyim günü bilmirəm.


Sən uçurum kənarında açan bir çiçək olsan və öləcəyimi bilsəm də səni qoparardım.

Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.


G_Minonabeyaz gul bunu bəyəndi.
Şərhlər : 8 | BaxıŞ: 309 | Tarix: 10-02-2014, 10:00

Paylas:   

8   Miss Aytac - | 1 aprel 2014 16:34  



Qeydiyyat tarixi: 27.01.2014

Xəbərləri: 435
Şərhləri: 6062






Sitat: G_Minona
superrrrrrr ellerive salig







7   ReGina.. - | 15 fevral 2014 18:49  



Qeydiyyat tarixi: 27.11.2013

Xəbərləri: 118
Şərhləri: 4376






Coooox sagolun =)







6   surprice girl - | 11 fevral 2014 15:07  



Qeydiyyat tarixi: 9.01.2014

Xəbərləri: 18
Şərhləri: 441






Cooox qeweydi


----------------------------------------------------------






5   G_Minona - | 11 fevral 2014 06:18  



Qeydiyyat tarixi: 30.03.2013

Xəbərləri: 152
Şərhləri: 2078






superrrrrrr ellerive salig


----------------------------------------------------------






4   Beybi - | 10 fevral 2014 20:47  



Qeydiyyat tarixi: 28.01.2012

Xəbərləri: 287
Şərhləri: 3633






Bu gözəl sevgimizə nöqtə qoyma, sənə qucaq dolusu vergül gətirdim,,,,,,,,,,,


----------------------------------------------------------






3   Crayz_Girl - | 10 fevral 2014 17:21  



Qeydiyyat tarixi: 9.01.2014

Xəbərləri: 285
Şərhləri: 6316






buyrun

Həyatda tək ümidin gülmək olsun. Bir gün ağlasan o xoşbəxtlikdən olsun. Unutma, sevən bir dəfə ölər. Ölən bir dəfə basdırılar. Mənim sənə olan sevgim nə ölər, nə də basdırılar.


----------------------------------------------------------







2   Miss_Angel - | 10 fevral 2014 13:43  



Qeydiyyat tarixi: 17.01.2014

Xəbərləri: 115
Şərhləri: 2736






bezilerini beyendim.
heyat sevgile xosdur sevgisiz heyat bosdur.
ne olar ALLAHIM sevenleri qovusdur.


----------------------------------------------------------






1   Юлия Из Баку - | 10 fevral 2014 10:07  



Qeydiyyat tarixi: 1.01.2014

Xəbərləri: 34
Şərhləri: 4749






ilk serh menden canim eziyyete gore sag ol cox gozeldi her biri beyendim
Kaş ki, sənin kimi ola bilsəm, fəth edilməsi çətin, əldə edilməsi ölüm. smile7






İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli

¤ MY WORLD ¤

Top 10 Müəllif
flayinka
Xəbər sayı: 5
 
Lykia
Xəbər sayı: 3
 
A.P13
Xəbər sayı: 2
 
Dream
Xəbər sayı: 1
 
Top Medal
Varlılar
Liliya
Xalları: 99997463
ALI
Xalları: 9999991
flayinka
Xalları: 1445333
sevimli_qiz
Xalları: 906835
super_emocka
Xalları: 591618
Aglama gozlerim
Xalları: 305455
Princess
Xalları: 300578
CaViD GeNcEli
Xalları: 231308
Ray_Boy
Xalları: 227376
KamiroStello
Xalları: 181224
Bizim Radio




Sayğac



 
REKLAM
loading...