Saat


ONLINE

Indi saytda olanlar:
İstifadəçilər: 0
Tapılmadı.

Axtarış robotları: 2
YahooYandex

Qonaqlar: 852
İndi saytda: 854

Saytda sonuncu olanlar:
Son 20 İstifadəçi:
Barbarissa Beybi
carlislebud FantaziWorld
flayinka FoReVer_LoVe
god_of_war Karol
Lykia MasterOFF
melodika Men_
Miss Aytac Miss_Azerbaijan
My_Lady Niqulya
Ray_Boy Sen Ayisan.
X-Missiya Наркаман.

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Top 10 şərh yazarları
Lykia
Şərh sayı: 38
 
MasterOFF
Şərh sayı: 17
 
Наркаман.
Şərh sayı: 10
 
flayinka
Şərh sayı: 5
 
Beybi
Şərh sayı: 1
 
Ray_Boy
Şərh sayı: 1
 
Men_
Şərh sayı: 1
 
Barbarissa
Şərh sayı: 1
 
Одинок___
Şərh sayı: 1
 
Official Page

Sorğu
Rayda ən çox diqqətinizi cəlb edən?
Xəbərlər
Şərhlər
İstifadəçilər
Digər

loading...

Müəllif: flayinka| | Bölmə: Sevgi
Istəsən ! Yalnız ! Sənin Üçün


İstəsən...
Mən səninçün kitab olaram-maraqlı və mənalı.Oxuduqca oxumaq istədiyin,öyrəndikcə öyrənmək istədiyin,hər oxuduğunda yeni bir dünya kəşf etdiyin...nə olsun ki,sonunu görə bilmirsən.


İstəsən...
Mən səninçün musiqi ola bilərəm-cazibədar və olduqca tanış.O qədər tanış ki,bütün xatirələri yada salan,bütün yaşadıqlarını bir daha yaşatdıran...nə olsun ki adını xatırlaya bilmirsən.

İstəsən...
Mən səniçün rəqs ola bilərəm-ehtiraslı və ritmik.Eyni zamandə zərif və dolub daşan,qəlbinin dərinliyinə təsir edən ...nə olsun ki,bu rəqsə qoşulduqca tükənəcəyindən qorxursan.

İstəsən...
Mən səninçün nağıl olaram-səni əks etdirən və sonu xoşbəxtliklə bitən.Elə bir nağıl ki,sənə uşaqlıqda danışmağa vaxt tapmayıblar,gəncliyində yaşatmayıblar,qocalığını isə birlikdə danışacağımız bir nağıl....nə olsun ki nağıllara inanmırsan.

İstəsən...
Mən səninçün külək ola bilərəm-sərin və hərəkətli.Amma həmişə yeni,uzun ömürlü,həmişə arzuolunan,təzəlik gətirən...nə olsun ki,bu külək bəzən həyatını alt-üst edəcək.

İstəsən...
Mən səninçün işıq ola bilərəm-səni özünə doğru çağıran və parlaq.O qədər parlaq ki,məqsədinə doğru getdiyin bütün yolları işıqlandıran,amma heç vaxt səni çaşdırmayan...nə olsun ki,bəzən gözlərini qamaşdıracağından çəkinirsən.

İstəsən...
Mən səninçün od ola bilərəm-alovlanan və səni isidən.Həmişə istisinə qızına biləcəyin,amma hətta barmaqlarının ucunu belə yandırmayan bir ocaq...nə olsun ki,onun istisi bəzən üzünü qarsacaq.

İstəsən...
Mən səninçün ulduz ola bilərəm-gözəl,şəfəqli və bərq vuran.Qaranlıqlarına işıq saçan,heç nəyə inamın qalmayan anda sənə ümid və inam bağışlayan...nə olsun ki,o qədər uzaq olmağı ilə bərabər həm də ürəyinin lap,lap dərinliyində olması ilə səni heyrətə gətirir.

İstəsən...
Mən səninçün okean ola bilərəm-geniş,əzəmətli,coşub daşan.Sahilsiz bir okean-elə bir okean ki,onun ənginliyinə qərq olarsan,amma boğulmazsan...nə olsun ki,naməlumluğu və sonsuzluğu vahimə yaradır

İstəsən...
Mən səninçün ehtiras ola bilərəm-hərarətli və qızğın,amma heç bir halda məhv etməyən,heç bir halda fəlakətə gətirməyən...nə olsun ki,sənə özünü unutdurmağa belə qadirdir.

İstəsən...
Mən səninçün həyat ola bilərəm-təkrarolunmaz,divanə,xoşbəxt...nə olsun ki əbədi deyil.
Mən səninçün...
ancaq sənə görə...
ancaq səndən ötrü...

Bəzən sevginin böyüklüyü,əzəməti insanı qorxudur...çünki bir gün olmaya bilər.
Bəzən xoşbəxtliyin qədəri,çoxluğu insanı qorxudur...çünki tükənə bilər.
Bəzən istəkdən yorulan anlar da olur...çünki bir gün olmayanda buna dözə biləcək bir qüvvən də olmalıdır.

Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.


Şərhlər : 1 | BaxıŞ: 20 | Tarix: 9-01-2018, 06:00

Paylas:   

1   Lykia - | 15 yanvar 2018 11:10  



Qeydiyyat tarixi: 16.10.2017

Xəbərləri: 152
Şərhləri: 381






Guzel beyendim ellerine saglig






İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli

¤ MY WORLD ¤

Top 10 Müəllif
flayinka
Xəbər sayı: 33
 
Lykia
Xəbər sayı: 12
 
FoReVer_LoVe
Xəbər sayı: 12
 
MasterOFF
Xəbər sayı: 3
 
PervinProduction
Xəbər sayı: 1
 
Kamran_Haciyev
Xəbər sayı: 1
 
Top Medal
Varlılar
Liliya
Xalları: 99997463
ALI
Xalları: 9999991
flayinka
Xalları: 1445333
sevimli_qiz
Xalları: 906835
super_emocka
Xalları: 591618
Aglama gozlerim
Xalları: 305455
Princess
Xalları: 300578
CaViD GeNcEli
Xalları: 231308
Ray_Boy
Xalları: 227376
KamiroStello
Xalları: 181224
Bizim Radio




Sayğac



 
REKLAM
loading...