Allahı gözlə görmək mümkündürmü? » RaY.aZ | AzNeTin CeNNeTi
Saat


ONLINE

Indi saytda olanlar:
İstifadəçilər: 1
Lykia

Axtarış robotları: 2
GooglebotYandex

Qonaqlar: 620
İndi saytda: 623

Saytda sonuncu olanlar:
Son 20 İstifadəçi:
_coolento_ _Murad_
_QismeT_ _SWEET_
Apистокpaт Ayşən
Barbarissa CaViD GeNcEli
Dəluş FoReVer_LoVe
Gence_newexoru Karol
Men_ Miss_Azerbaijan
Nirvana shenao-shop.ru
Summer suretin aynasi
Z.rosen Наркаман.

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Top 10 şərh yazarları
Men_
Şərh sayı: 6
 
JuLiK
Şərh sayı: 3
 
Gence_newexoru
Şərh sayı: 2
 
Наркаман.
Şərh sayı: 1
 
Lykia
Şərh sayı: 1
 
Official Page

Sorğu
Hansı istifadəçi daha çox diqqətinizi cəlb edir?
Liliya
_GLaMuRKa_
Ray_Boy
HaRRy
super_emocka


(sc_adv_out = window.sc_adv_out || []).push({ id : "449520", domain : "n.ads3-adnow.com" });
loading...

Müəllif: flayinka| | Bölmə: Dinimiz İslam

Allahı gözlə görmək mümkündürmü?


Allah-təalanın istər bu dünyada, istərsə də axirətdə görünüb-görünməməsi məsələsinə İslam dinində münasibət fərqlidir. Bir qisim alimlər bəzi ayələrin təfsirinə və hədislərə əsaslanaraq, Allahın bu dünyada görünməsini mümkün, qiyamətdə görünəcəyini isə vacib bilmişlər.

Digər dəstə isə, ayə və hədislərə əsaslanaraq, Allahın nə bu dünyada, nə də axirətdə görünə bilmədiyini söyləyir.

Hər iki tərəf öz fikrini əsaslandırmaq üçün müxtəlif sübutlardan, əqli (fəlsəfə, kəlam və məntiqə əsaslanan) və nəqli (Qurana və sünnəyə əsaslanan) dəlillərdən istifadə edir.

Birinci dəstənin fikrincə, insanların bu dünyada Allahı görə bilmələri nəzəri cəhətdən mümkündür. Hərçənd ki, belə bir hadisənin baş verdiyini iddia etmək olmaz. Amma axirətdə möminlər öz Rəbblərini mütləq görəcəklər.

Allahın gözlə görüləcəyinə inananlar bəzi Quran ayələrini buna uyğun olaraq təfsir edirlər. Məsələn, Quranda buyurulur ki, Musa Peyğəmbər (ə) Bəni-İsrail qövmünü fironun zülmündən xilas edib Misirdən çıxardı və ulu əcdadlarının vətəni olan Kənan torpağına apardı. Yol boyunca peyğəmbər Allahın izni ilə müxtəlif möcüzələr göstərməklə camaatın imanını artırmağa çalışırdı. Bəni-İsrail qövmü isə ardıcıl olaraq nankorluq göstərir, Həzrət Musadan (ə) ən çətin tələblər edir, bu tələblər yerinə yetiriləndə yenə narazılıq bildirirdilər. Gah Allah tərəfindən səmadan endirilən xüsusi qidaya (mənn və səlva adlı yemək) hörmətsizlik edir, gah şənbə günü qadağanını pozur, gah da peyğəmbər hər qəbilə üçün ayrıca bulaq yaratmasa, su içməyəcəklərini bildirirdilər. Həmin nankorluqların biri də bundan ibarət idi: Bəni-İsrail qövmü Həzrət Musa Peyğəmbərdən (ə) tələb etdi ki, öz Allahını onlara göstərsin. Dedilər ki, əgər onlar da Allahı gözlə görsələr, iman gətirərlər. Həzrət Musa (ə) əlacsız qalıb, həmin adamların bir neçəsini özü ilə götürdü və Allahdan vəhy aldığı Sina dağına gəldi.

Hadisənin ardı Quranda belə təsvir edilir: "Musa təyin etdiyimiz vaxtda (Sina dağına) gəldikdə Rəbbi onunla danışdı. (Musa:) "Ey Rəbbim! Özünü mənə göstər, sənə baxım!” – dedi. Allah: "Sən məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən”, – buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! Sənə tövbə etdim. Mən (İsrail oğullarından səni görməyin mümkün olmadiğına) iman gətirənlərin birincisiyəm!” – dedi” (Əraf, 143).

Bu ayə Allahı bu dünyada görə bilməyin mümkünlüyünü iddia edənlər tərəfindən sübut kimi irəli sürülür. Onlar iddia edirlər ki, əgər Həzrət Musa (ə) kimi əzəmətli bir peyğəmbər Allahın ona görünməsini istəmişdirsə, deməli, bu, mümkün olan işdir. Əgər Allahı görmək arzusunda olmaq günah iş sayılsaydı, peyğəmbər bu arzuya düşməzdi. Çünki bu hərəkət peyğəmbərlərin günahsızlıq sifəti ilə ziddiyyət təşkil edir.

Əks tərəf isə həmin iddiaya qarşı bu cavabı irəli sürür: Quran ayələrindən məlumdur ki, bəzi peyğəmbərlər öz qövmlərinin batil inanclarını ifşa etmək üçün ilk baxışda şirk və günah kimi görünən sözlər söyləyiblər. Əslində isə, bu, qarşı tərəfin inancının puç olduğunu göstərmək üçün bir üsul idi. Peyğəmbərlər əvvəlcə özlərini elə göstərirdilər ki, guya əks tərəfin iddiası ilə razılaşırlar. Amma sonra həlledici bir zərbə ilə həmin iddianı darmadağın edib, haqqı üzə çıxarırdılar. Məsələn, göy cisimlərinə pərəstiş edən bir qövmün içində yaşamış İbrahim Xəlilullah Peyğəmbər (ə) insanları Allaha doğru hidayət etmək üçün əvvəlcə özünün də Günəşə, Aya və ulduzlara pərəstiş etdiyini bildirmişdi:"Gecə qaranlığı (İbrahimi) bürüdükdə o, bir ulduz görüb: "Bu, mənim Rəbbimdir!” – dedi. (Ulduz) batdıqda isə: "Mən batanları sevmırəm”, – söylədi. Doğan Ayı görüb: "Bu, mənim Rəbbimdir” – dedi. (Ay) batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi. Doğan Günəşi görüb: "Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: "Ey camaatım, həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Həqiqətən, mən batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”(Ənam, 76-79).

Allahın Musa Peyğəmbərə (ə) xitabən: "Bu dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən” – buyurması əslində bu işin qeyri-mümkünlüyünə əvvəlcədən verilmiş işarə kimi qəbul edilməlidir. Yəni Allah-təala bu xəbərdarlıqla öz peyğəmbərinə çatdırmaq istəyir ki, məni adi gözlə görmək mümkün deyil, necə ki, heç nəyin, hətta dağın da mənim təcəllama dözməyə bacarığı yoxdur. Xalq dilində "dəvənin quyruğu yerə dəyəndə (və ya qulağının ardını görəndə) filan hadisəni də görərsən” ifadəsi hansı mənanı bildirirsə, Allahın bu kəlamı da oxşar mənanı bəyan edir.

Əlbəttə, burada Allahın dağa özünü göstərməsindən söz getmir. Çünki dağın gözü yoxdur ki, nəyi isə görsün, şüuru da yoxdur ki, bunu anlasın. Dağ yalnız fiziki təsirdən dağıla, parçalana, partlaya bilər. Dağın parçalanmasının səbəbi də Allahın öz nurunu ona yönəltməsi olmuşdu. Bu nurun hansı şəkildə olduğunu söyləmək çətindir. Ola bilər ki, bu nur hər hansı şəkildə çox güclü dalğa formasında təzahür etmiş və qarşısında duran obyekti fiziki cəhətdən yox etmək qüvvəsinə malik olmuşdur. Həmin nur birbaşa Həzrət Musanı (ə) və yanındakıları hədəfə almadığı üçün onlar sadəcə olaraq bu mənzərədən, yəni gözləri qarşısında nəhəng dağın parçalanmasından dəhşətə gəlib huşlarını itirmişdilər.

Siz sayta qonaq kimi daxil olduğunuz üçün xəbərin ardını görə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.


Şərhlər : 1 | BaxıŞ: 116 | Tarix: 13-02-2018, 06:00

Paylas:   

1   Legioner - | 5 mart 2018 11:56  



Qeydiyyat tarixi: 18.09.2017

Xəbərləri: 0
Şərhləri: 377






Allah razi olsun






İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
İstifadəçi paneli

¤ MY WORLD ¤

Top 10 Müəllif
Top Medal
Varlılar
Liliya
Xalları: 99997463
ALI
Xalları: 9999991
flayinka
Xalları: 1445333
sevimli_qiz
Xalları: 906835
super_emocka
Xalları: 591618
Aglama gozlerim
Xalları: 305455
Princess
Xalları: 300578
CaViD GeNcEli
Xalları: 231308
Ray_Boy
Xalları: 227376
KamiroStello
Xalları: 181224
Ən baxımlı xəbərlər
Bizim Radio




Sayğac



 
REKLAM
loading...