Novruz inancları
Müəllif: [Security] Bölmə: Əyləncə, Maraqlı Baxıldı: 296

Sizlərə yüzilliklərin müşahidəsi, gözqoyması, sınaması nəticəsində yaranan inam nümunələrini təqdim edirəm...
1. Novruz bayramı gecəsi həm də sevgi, istək gecəsidir. Cavan oğlanlar sevdikləri qız olan evin bacasından boxça sallayırlar. Həmin boxçanın içinə bir dəsmal qoyurlar. Qız və qızın valideynləri o saat mətləbi başa düşürlər. Əgər bu işə razılıq varsa, dəsmalı çıxarıb qızın qoluna bağlayırlar, yox əgər razı deyillərsə boxçaya nemətlərdən qoyub geri qaytarırlar.
2. Novruz bayramı şərəfinə açılmış süfrənin küncündə oturmaq olmaz. İnama görə, bu axşam ruhlar gəlib süfrənin küncünə yaxınlaşıb nemətlərdən dadırlar. Süfrənin künc tərəfində oturanda isə ruhların qarşısı kəsilmiş olur. Bundan inciyərək küsüb gedən ruhlar evə ziyanlıq gətirə bilər.
3. Novruz bayramı süfrəsinə su ilə dolu qab qoyub içinə xırda, canlı balıq buraxırlar. Balıq qabın dibindən şaquli qalxıb suyun üzünə burun vuranda ilin təhvil olunduğu bilinərmiş.
4. Novruz bayramında oğlan evindən nişanlı qız üçün göndərilən bayram payına aclıq gətirən şeylər qoymaq olmaz. Belə olmasa, deyərlər ki qız gəlin gələndən sonra acıdil olar.
5. Novruz bayramı üçün göyərdilmiş səməni saralıb-solanda onu axar suya atarlar, arxasınca da su. Belə etdikdə evdə xeyir-bərəkət artar...
Bunlar yüzilliklərin adət-ənənələri və inanclarıdır..Sössüz ki, indi əksəriyyəti keçmişdə qalıb..Görəsən 21 əsr gəncləri bu cür adətləri necə qarşılayır ? Dəsmal bağlamaq, balıq, qız gəlin gələndən sonra acıdil olması və s. inanclarına həqiqətən inanırsız ya indi onlar sizə gülməli və mənasiz gəlir?

Səhifənin ünvanı:
http://ray.az/2010/03/09/novruz-inanclari.html